Haqqımızda

Haqqımızda :
Layihənin icrası "MG Consulting" MMC tərəfindən həyata keçirilir.

Layihənin məqsədi:
Layihənin məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan video və ya foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Eyni zamanda, Onlayn İctimai Nəzarət Platforması ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirmək imkanı təmin edəcəkdir.

İctimai nəzarət niyə önəmlidir ?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər". İctimai nəzarət dövlət orqanlarının işində şəffaflığın və hesabatlılığın artmasına ciddi təkan verir. İctimai nəzarəti həyata keçirməklə vətəndaş dövlət idarəçiliyində iştirak etmiş olur, aktiv və məsuliyyətli vətəndaş kimi çıxış edir.

Platforma dövlət orqanına necə yardımçı olacaq ?
Dövlət orqanı Onlayn İctimai Nəzarət Platformasının müəyyən etdiyi bir sıra problemlərə dair operativ, qərəzsiz və peşəkar tərtib edilmiş müraciət əldə edəcək. Hal-hazırda sosial şəbəkələrdə oxşar problemlər qaldırılanda müxtəlif insanlar dövlət orqanlarına qarşı nalayiq ifadələr və təhqirlərlə çıxış edirlər. Belə münasibət dövlət orqanı ilə vətəndaş münasibətlərində maneə yaradır. Onlayn İctimai Nəzarət Platformasında isə kənar şəxslərin hər hansı rəy, fikir və ya mövqe bildirmək imkanı olmayacaq. Eyni zamanda, mətbuat orqanları bu platformadan məlumat mənbəyi kimi istifadə edə biləcəkdir.

Platforma vətəndaşa hansı imkanları yaradacaq ?
Platforma vətəndaşa icma problemlərinin həllinə nail olmaq, eyni zamanda ictimai nəzarəti həyata keçirərək dövlət idarəçiliyində iştirak etmək imkanı yaradacaq.