Qaydalar

Qərəzsizliyi, çevikliyi və peşəkarlığı təmin etmək üçün E-nəzarət platforması aşağıdakı QAYDALARI rəhbər tutur:

Qayda 1. Bütün müraciətlərin məzmunu ilkin yoxlanışdan keçir

İlkin yoxlanışın məqsədi böhtan, təhqir, qanuna zidd, təqib, təhdid və ya irqçi məzmunlu mesajları məhdudlaşdırmaq üçündür.

Qayda 2. Fərdi məlumatlar qorunur

Sizin göndərdiyiniz problem haqqında məlumat sayta yerləşdirilərkən sizin fərdi məlumatlarınız (ünvan və ya telefon) yerləşdirilməyəcək.

Qayda 3. Bu platforma fövqəladə vəziyyət barədə məlumat vermək üçün forma deyil
Qayda 4: E-nəzarət aşağıdakı problemlərə dair foto və ya video sübutu olan müraciətləri qəbul edir
  1. Boru sızması (su, qaz, kanalizasiya və s.)
  2. Tullantıların idarə olunması
  3. İcma üçün təhlükə ehtimalları ( təhlükəli vəziyyət, tərk edilmiş əşyalar və s. )
  4. Yol örtüyü problemi
  5. Transformator və elektrik naqilləri ilə bağlı problemlər
  6. Ağaclarla bağlı problemlər ( aşma, quruma, budanma və s. )
  7. Lyuklarla bağlı problemlər
  8. Qeyri-sosial davranış
  9. Heyvanlara qarşı qəddarlıq
  10. Parklanma qaydalarının pozulması
  11. Məktəbdə uşaqlara qarşı zorakılıq
  12. İctimai yerlərdə işıqlandırma ilə bağlı problemlər
  13. İctimai yerlərdə vandalizm
  14. Yol nişanları ilə bağlı problemlər ( nişanın olmaması, zədələnməsi  və s. )
  15. Panduslarla bağlı problemlər
  16. Liftlərlə bağlı problemlər
  17. Həşəratlar və siçovullarla bağlı problemlər
  18. Sahibsiz və ya vəhşi heyvanlarla bağlı problemlər (it, ilan, ayı, canavar və s.)
  19. Ağacların qanunsuz kəsilməsi
  20. Reklamlarla bağlı problemlər 
Qayda 5: E-nəzarət aşağıdakı problemlərə dair müraciətləri qəbul etmir:
  • Fərdi işlərlə əlaqəli problemlər (cinayət işi, inzibati icraat, mülki mübahisələr və s.);
  • Toplaşmaq azadlığı ilə bağlı problemlər;
  • İnsan hüquqları pozuntuları;
  • Məhkəmədən şikayətlər.

Qayda 6: Dövlət orqanının işinin qiymətləndirilməsi

Vətəndaşın müraciəti əsasında dövlət orqanı məsələni həll etdikdə, vətəndaş bal sistemi ilə dövlət orqanının işini qiymətləndirir (1 bal – ən aşağı, 5 bal - ən yuxarı). Vətəndaş hər hansı bir səbəbdən həll olunmuş müraciətə görə bal verməkdən imtina etdikdə, E-nəzarət komandası müştərək qərarı ilə balı özü müəyyən edəcək.